Ara Babloyan İran Meclisinin İran-Ermənistan dostluq qrupunun üzvlərini qəbul edib

ER Parlamentinin sədri Ara Babloyan İran İslam Respublikasının Meclisinin İran-Ermənistan deputat dostluq qrupunun sədri Ramezan Ali Sobhanifarını və qrupun üzvlərini qəbul edib. Bu barədə ER Parlamentindən bildirilir.
ER Parlamentinin sədri qeyd edib ki, İranla sıx, yaxşı qonşuluq və qarşılıqlı inamın möhkəm prinsiplərinə əsaslanan münasibətlər formalaşdırılmışdır. İkitəfəli iqtisadi əlaqələrin inkişafına toxunulub. Qeyd edilib ki, bu məsələdə Ermənistan-İran hökumətlərarası komissiyası məqsədyönlü fəaliyyət göstərir. ER Parlamentinin sədri vurğulayıb ki, Ermənistan İran-AİB-Avropa ticari- iqtisadi əlaqələri üçün körpü kimi ola bilər. Ramezan Ali Sobhanifar də höumətlərarası əlaqələrində Parlament diplomatiyasının rolu və əhəmiyyətini xüsusi olaraq mühüm sayıb.
Görüş zamanı mədəniyət əlaqələrinin dinamik inkişaf tendensiyaları, kənd təssərüfatı, enerji və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsiylə bağlı məsələlər müzakirə ediləcək. Tərəflər həm də Meğri azad iqtisadi zonasının vermiş imkanlarından faydalı istifadə edilməsi, eləcə də investisiya digər proqramlarının həyata keçirilməsinin vacibliyinə toxunub.