İctimaiyyət
Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı

Sosial şəbəkədə 7-11 yaş arasında olan bir qrup azərbaycanlı uşağın sprirtli içki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb.
Turkustan.info xəbər verir ki, videogörüntüdə uşaqlar gələcək arzularını dilə gətirir, dostlarının şərəfinə badə qaldırırlar.
Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, sözügedən videogörüntü hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.