Mədəniyyət

Monakoda ilk dəfə “Ermənistan günləri” keçiriləcək

Monakoda sentyabrın 2-3-də ilk dəfə keçiriləcək “Ermənistan günləri” tədbiri böyük erməni bəstəkarı Aram Xaçatryanın 115 illiyinə həsr olunacaq. Bu barədə Sputnik Armenia müxbiriylə söhbət zamanı tədbirin təşəbbüskarı və təşkilçisi Vruyr Penesyan deyib.

“Aram Xaçatryan Monte Karlonunn opera teatrının səhnəsində çıxış edən ilk ermənidir. O, 1974-cü ildə Rene III və həyat yoldaşı Grace Kelly dəvəti ilə olmuşdur”- deyə Penesyan bildirib.

“Sentyabrın 2-də məhz maestronun çıxış etdiyi yerdə, Monte Karlonun opera teatrının “Garnye” zalında dünya şöhrətli opera müğənnisi Hasmik Papyanın və bir sıra beynəlxalq musiqi müsabiqələrinin laureatı, pianoçu Nare Arğamanyanın iştirakıyla xeyriyyə konserti keçiriləcək”- deyə o qeyd edib.

“Sonrakı gün “Metropol” otelində erməni koynək və erməni şərablarının ən yaxşı növlərinin dadma prosesi keçiriləcək. Bu tədbirin fəxri qonağı Fransada yaşayan erməni somelye Armand Melkonyan olacaq.

Daha çox göstər
Back to top button