İctimaiyyət

‘Azərsu’ ASC ötən ili də ziyanla başa vurub

2017-ci ildə su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarçısı hesab olunan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) gəlirləri 165,7 milyon manat təşkil edib. Gəlir ötən illə müqayisədə 3,6 faiz artıb.

“Turan” agentliyinin məlumatına görə, şirkətin konsolidasiya edilmiş maliyyə hesabatında belə yazılır.

Hesabata görə, gəlirlər artsa da şirkət ötən ili 508,3 milyon manat zərərlə başa vurub.

Daha çox göstər
Back to top button