Münaqişənin sülh yolu ilə nizamlanması üçün hər hansı bir ölkəni dəstəkləməyə hazırıq: ER Baş naziri

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Gürcüstan metbuatlarına vermiş müsahibədə vurğulayıb ki, Ermənistan münaqişənin sülh yolu ilə nizamlanması üçün hər hansı bir ölkəni dəstəkləməyə hazırdır. Gürcüstan Birinci kanalının saytına istinadən “Armenpres” birdirir ki, Paşinyan vurğulayıb ki, münaqişələr barədə danışaraq çox diqqətli olmaq lazımdır.
“Bizim bölgəmizdə və bütün dünyada münaqişənin ümumi anlayışı barədə söhbət etməliyik. Bizim mövqeyimiz odur ki, bütün münaqişələr sülh yoluyla, sülh danışıqlar vasitəsilə həll edilməlidir. Eyni zamanda bütün münaqişələri unikal sayıram. Bir-birinə oxşar münaqişələr yoxdur.
Münaqişə barədə danışarkən çox diqqətli olmaq lazımdır. Düşünürəm ki, Ermənistanın mövqeyi aydındır. Biz münaqişənin həll edilməsinin formulası barədə danışırıq, hansı da bütün münaqişələr üçün ümumi olmalıdır və münaqişənin münaqişənin qüvvə ilə həllini istisna edəcək. Dağlıq Qarabağ məsələsində biz onu hazırıq və həm də hər hansı bir digər ölkəyə, münaqişə tərəflərinə danışıqlar aparmağa və münaqişni sülh yoluyla həll etmək məsələsində dəstəkləməyə hazırıq”- deyə Nikol Paşinyan bəyan edib.