İctimaiyyət

Azərbaycanda ödənişi ən yüksək olan ixtisaslar hansılardır?

Azərbaycanda abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu başa çatıb.

Oxu.az Azərbaycandakı  ödənişləri yüksək olan ixtisasları təqdim edir:

Bakı Dövlət Universitetinin hüquq ixtisası 4500 AZN, beynəlxalq münasibətlər ixtisası 2900 AZN, dünya iqtisadiyyatı ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası2100 AZN, tarix ixtisası 2100 AZN, filologiya  ixtisasında 2100 AZNə təhsil almaq mümkündür.
Azərbaycan Diplomatik Akademiyasında  hüquq fakültəsi 6500 AZN, beynəlxalq əlaqələr ixtisası 6000, biznesin idarə edilməsi  ixtisası 6000, İnformasiya texnologiyaları ixtisası 6000 AZN təşkil edir.

Azərbaycan Tibb Universitetində  müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq ixtisası 4000 AZN, stomotologiya ixtisası 4000 AZN, tibbi profilaktika ixtisası 4000 AZN-dir.

Akademiyada kompüter elmləri ixtisası 2500 AZN, politologiya ixtisası 3000 AZN, beynəlxalq münasibətlər ixtisası 3000 AZN, hüquqşünaslıq ixtisası 3000 AZN, dövlət və bələdiyyə idarəetməsi ixtisası 3000 AZN, menecment ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası 2500 AZN-ə təhsil almaq imkanı ıldı edə bilərsiniz.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti -de təhsil almaq üçün neft və qaz ixtisası 2100 AZN, kompüter elmləri ixtisası  ixtisası 1800 AZN, kompüter mühəndisliyi ixtisası 1800 AZN, sənayenin təşkili və idarə olunması  ixtisası 2100 AZN-dir.

Universitetlərin təhsil haqlarına nəzər salsaq, məlum olur ki, son beş il ərzində ixtisasların ödənişləri artıb.

Belə ki, təhsil haqqı 200-1500 manat miqdarında yüksəlib. Məsələn, Azərbaycan Tibb Universitetində beş il əvvəl ixtisaslarda ödəniş 2000 AZN, ötən il 3000 AZN, bu isə 4500 AZN-dir.  Bakı Dövlət Universitetində isə hüquq 2500 AZN idi. İndi isə bu rəqəm 4500 AZN təşkil edir.

Daha çox göstər
Back to top button