İctimaiyyət

Azərbaycanda Siyasi məhbusların yenilənmiş siyahısı

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun siyahısında 130 nəfərin adı var

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısı ilə bağlı press-reliz yayıb. Siyahı 1 sentyabr 2018-ci ilədək olan dövrü əhatə edir.

Yeni siyahıda 130 ad var. Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb.

Qrupun siyasi məhbus kimi tanıdığı 128 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:

– 9-u jurnalistlər və blogerlər (Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi, Mehman Hüseynov, Fikrət Fərəməzoğlu, Əfqan Muxtarlı, Rəşad Ramazanov, Elçin İsmayıllı, Ziya Əsədli),

– 1-i şair və yazıçı

– 1-i hüquq müdafiəçisi

– 17-si siyasi və ictimai fəallar (Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Asif Yusifli, Fuad Əhmədli, Əlikram Xurşudov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirov),

– 68-i  inanclı fəallar

– 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),

– 14-ü sosial etirazlarla bağlı tutulanlar

– 2-si keçmiş dövlət məmurları (Əli İnsanov və Rüfət Səfərov),

– 3-ü siyasi girovlar (Mübariz Abdullayev, Murad Ədilov, Elnur Seyidov),

– 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır

İşçi Qrup hər dəfə olduğu kimi, bir məqamı təəssüflə qeyd edir ki, ölkədə siyasi məhbusların sayı Siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdiriməkdən çəkindirir. Digər tərəfdən, hüquqi məlumatsızlıq, vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir.

Siyahını ölkənin tanınmış hüquq müdafiəçiləri, media, QHT və digər vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri imzalayıb.

Daha çox göstər
Back to top button