Yaponiya Ermənistan ilə əlaqələrini inkişaf etdirmək istəyir

Yaponiya Ermənistan ilə əlaqələrini dərinləşdirmək istəyir. Bu barədə sentyabrın 3-də jurnalistlərə Yaponiya Xarici işlər naziri Taro Kono bildirib. “Biz Ermənoistan ilə əlaqələrini necə dərinləşdirilməsini müzakirə etdik. Yaponiya Ermənistan ilə gənc hüquqşünasların hazırlanması məsələsində əməkdaşlıq edəcək. Ermənistan vətəndaşları üçün viza rejiminin şəraitlərinin asanlaşdırılmasına qərar verilib. Yaponiya Ermənistanda keçiriləcək seçkilərin astanasında beynəlxalq yardımlara qatılmayı planlaşdırır”- deyə Xİ naziri deyib.
Taro Kono qeyd edib ki, Yaponiya üçün xüsusən Qafqaz regionunda sabitlik vacibdir. “Biz regionun inkişafı üçün təşəbbüsüylə çıxış etdik. Birinci insan resurslarının dəstəklənməsidir, ikincisi infrastrukturların və biznes-mühitin yaxşılaşdırılmasının dəstəkləməsidir. Biz Ermənistan ilə əməkdaşlığımız məhz bu məsələlər üzərində möhkəmləşdirmək istəyəcəyik”- deyə Taro Kono qeyd edib.