İctimaiyyət

Azərbaycan-Gürücüstan sərhədində ağır qəza: DSX -nin hərbi qulluqçusu həyatını itirdi

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

1news.az-ın bildirdiyinə  görə, 2018-ci ilin sentyabr ayının 3-də  “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublikasının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi buraxılış məntəqəsinin darvazasını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

Daha çox göstər
Back to top button