BaşlıcaSiyasət

N.Paşinyan Yaponiyanın Xarici işlər nazirini qəbul edib: “İkitərəfli işgüzarlığı yüksəltməyə real imkanlar var”

Baş nazir Nikol Paşinyan Ermənistana rəsmi səfərdə olan Yaponiyanın Xarici işlər naziri Taro Konoyu qəbul etmişdir.N. Paşinyan ikitərəfli əməkdaşlığı yeni səviyyəyə yüksəltmək və xüsusilə də iqtisadi əlaqələri inkişaf etdirmək üçün real imkanlar olduğunu qeyd edib. Yaponiya Xarici işlər naziri Ermənistanın Baş naziri ilə razılığa gəldi ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf və dərinləşmə üçün böyük potensiala malikdir. Yaponiya Xarici işlər naziri Ermənistandakı demokratik dəyişiklikləri alqışladı və bu prosessdə hökumətə dəstək verməyə hazır olduğunu bildirdi.
İqtisadi əlaqələrin inkişafı kontekstində həmsöhbətçilər bu il “Ermənistan Respublikası hökuməti ilə Yaponiya hökuməti arasında investisiyaların liberallaşdırılması, təşviqi və mühafizəsi haqqında” müqavilənin imzalanmasına və təsdiq olunmasına böyük əhəmiyyət verdilər. Hökumət başçısı informasiya və yüksək texnologiyalar, turizm, infrastruktur və innovasiyalar sahəsində əməkdaşlığın perspektivi inkişafını nəzərdən keçirdi. Yaponiya Xarici işlər naziri Baş nazirin təklifini alqışladı və bu istiqamətdə addımlar atmağa hazır olduğunu bildirdi. Görüşənlər birgə gündəliyin hazırlanmasına və həyata keçirilməsində fəal işləməyə razılaşdılar. Tərəflər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiyanın tarazlı mövqeyini yüksək qiymətləndirir.

Daha çox göstər
Back to top button