BaşlıcaSiyasət

Paşinyan-Putin görüşü günü bəlli oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 8-də Moskvada görüşəcəklər. Tərəflər yüksək səviyyəli erməni-rus danışıqlarını keçirəcəklər. Armenpres”ə istinadən verilən məlumata görə, «Известия»- mətbusu və RF Prezidentinin mətbuat katibi Dmitri Peskov həmin məlumatı təstiq edib.
Bu, Paşinyanın Rusiyaya üçüncü səfəri olacaq. Daha əvvəl o, 14 Mayda Soçidə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderlərinin zirvə toplantısında və iyunun 13-də Moskvada Dünya Kubokunun açılış mərasiminin açılışı çərçivəsində olub.

Daha çox göstər
Back to top button