İctimaiyyət

İlham Əliyev iyul ayında Azərbaycanda baş verən hadisənin əsas günahkarını işdən çıxardı

Dünən Azərbaycanın prezidenti  İlham Əliyev Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  2018-ci ilin iyulun 3-də Azərbaycan İstilik Elektrik Stansiyasınıda qəza baş verib. Bunun nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaranıb. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

“Azertac” Azərbaycanınpreszident administrasioyasına instinadən  bildirib ki, eyni gün İlham Əliyev Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri

Baş nazirinin birinci müavini Yaqub Eyyubov olub. tkomissiyanın Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.
“Mən prezident İlham Əliyevin sərəncamına hörmətlə yanaşıram, həmişə Heydər Əliyevin və İlham Əliyevin ideyalarının tərəfdarı olmuşam və olacağam. Hesab edirəm ki, prezidentə hər şey daha yaxşı məlumdur”.

Haqqin.az xəbər verir ki, “Azərenerji”nin sabiq başçısı Etibar Pirverdiyev bunu Virtualaz.org-a öz istefasını şərh edərkən deyib. Pirverdiyev istefasının Mingəçevirdəki qəzanın nəticələri ilə bağlı olub-olmadığı barədə suala cavab verərkən qeyd edib ki, Dövlət Komissiyasının rəyinə hörmətlə yanaşır, hərçənd nüfuzlu beynəlxalq komissiyaların nümayəndələri də müvafiq rəylərini vermişdilər.

Daha çox göstər
Back to top button