Siyasət

Polşada Artsax ın müstəqillik gününə həsr olunmuş atıcılıq çempionatı

ER-nın Polşadakı səfirliyi  Polşa silah kolektorları və idman atıcılıq birliyiylə birlikdə sentyabrın 2-də  Artsax Respublikasının Müstəqillik günüylə bağlı  Polşanın Nove Miasto icmasının Çarnot şəhərində  olan  atıcılıq mərkəzində  döyüş silahlarının atıcılıq çempionatı  təşkil etmişdir. Orada  ER-nın Polşadakı səfərinin  kubokları və medalları oynanılıb.

ER-nın Polşadakı səfiri  Edgar Ğazaryan  öz feysbuk səhifəsində  bildirir ki, çempionatda Polşa silah kolektorları və idman atıcılıq birliyinin üzvləri, eləcə də Polşadakı erməni icmasının bəzi üzvləri iştirak edib.

Çempionatın sonunda Ermənistan, Artsax və Polşa  bayraqları qarşısında   qaliblərə mükafat mərasimi keçirilib. ER-nın Polşadakı  səfiri Edgar Ğazaryan və Polşanın silah kolektorları və idman atıcılıq birliyinin direktoru Hubert Kovalik  çempionatın qaliblərinə medallar və kuboklar verib.

Daha çox göstər
Back to top button