İctimaiyyət

Turan informasiya agentliyi: “Azərbaycanda benzinin qiymətlərinin artması, istilik, su, ərzaq, məişət texnikası qiymətlərinin artmasına da gətirib- çıxardı”

Bir həftə əvvəl Azərbaycanda Ai-95 və Ai-98 markalı benzinin qiyməti bahalaşıb. Premium (Ai-95) benzini 1,50 manata satılır (əvvəl 1,25 manat idi), Super Premium (Ai-98) 10 qəpik bahalaşıb və 1,60 manatdır.  Turan infoemasiya agentliyinin bildirdiyinə görə, bu markalı yanacağın xaricdən idxalatı ilə SOCAR-ın törəmə firmaları məşğul olur. Həm də dollar və avro ilə gətirirlər ki, onlar da tərslikdən bahalaşır.
Xüsusən, deputat Aydın Hüseynov bildirib ki, ölkədə Premium və Super Premium benzini istehlakçılarının sayı o qədər də çox deyil, avtomobil sahiblərinin cəmi 5%, bəlkə də 3%-i. Məsələ ondadır ki, bu yanacaq markaları güclü mühərriki olan bahalı avtomobillər üçün nəzərdə tutulub. Bizdə bahalı xarici maşın sahibləri o qədər də çox deyil. Ai-95 və Ai-98-i zəngin insanlar aldığına görə, qiymətin bahalaşması digər sürücülərə zərbə vurmayacaq. Amma, məlum olur ki, Bakı supermarketlərində ərzaq məhsullarının qiymətləri bahalaşıb. Un, kərə yağı və bitki yağı, pendir, yumurta, kolbosa məmulatları. Sadalanan məhsullar orta hesabla 2-5%, göyərti isə 100% bahalaşıb! Məsələn, iyunda 0,1 manat olan bir dəstə keşniş və şüyüd indi 0,2-0,3 manata satılır. Azərbaycanda “yaxşı” ənənə yaranıb: inşaat materiallarının və digər materialların, ehtiyat hissələrinin bahalaşması həmişə ərzaq məhsullarının və xidmətlərin bahalaşmasına gətirib çıxarır. Ələcədə qeyd edilir ki,
“Sürünən” inflyasiya fonunda enerji daşıyıcıları qiymətinin yenidən bahalaşacağı haqqında fikirlər səslənir. Müstəqil ekspert Natiq Cəfərli hesab edir ki, bu ehtimallar əsassız deyil.

Ekspertin fikrincə, brend markalı yanacağın qiymətində hazırki artış bazarda psixoloji gərginlik yaradır, tarifləri dövlət tərəfindən müəyyən olunan digər markalı benzinlərin bahalaşması gözləntilərini artırır. Ai-92 benzininin və digər markaların da bahalaşacağı tamamilə mümkündür. Çünki dünya təcrübəsində Ai-95 benzini, dizel yanacağı və Ai-92 arasında böyük fərq yoxdur. Hazırda Azərbaycanda Ai-95 1,50 manat, dizel yanacağı isə 0,6 manatdır.

“Ola bilər ki, payızın sonunda dizel yanacağı bahalaşsın. Niyə bu vaxtı? Çünki ölkədə aqrar mövsüm başa çatacaq, dizeldən isə bu sahədə istifadə olunur. Yanacaq tariflərinin dəyişməsi haqqında qərar qəbul etmək olacaq”, deyə Cəfərli fikrini tamamlayıb.

Turan informasiya agenliyinin bildirdiyinə göə, xalq yeni qiymətlərə hazırlaşır.

Daha çox göstər
Back to top button