İctimaiyyət

Bakıda kütləvi intihara cəhd

Bakının Xətai rayonunda kütləvi intihara cəhdin qarşısı alınıb.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, altı nəfər qaldırıcı kranın üzərinə çıxaraq, intihar etmək istəyini nümayiş etdiriblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

Daha çox göstər
Back to top button