İctimaiyyət

Ekspertlər qohum evliliyinə əleyhinədirlər: Azərbaycanda 1 milyondan artıq talassemiya daşıyıcı var

Azərbaycanda da qohum evliliyi geniş yayılıb. Ailələrin çoxu bu cür evlilikdən yaranacaq problemləri qulaqardına vurur, gələcəklərinə zərbə endirirlər.
Araşdırmalar göstərir ki, qohum evliliyi zamanı uşaqların qüsurlu doğulması riski 4-8 faiz təşkil edir.

Elmi dildə endoqami adlanan qohum evliliyi bir çox ölkələrdə qadağan edilib. Məsələn, Almaniya, ABŞ-ın bəzi ştatlarında əmiqızı-əmioğlu evliliyi yolverilməzdir.

“Oxu.az”ın bildirib ki, Azərbaycannın Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun elmi işçisi Günay Əliyevanın sözlərinə görə, qohum evliliyinin yaradacağı xəstəliklər genetik ötürülür:

“Bu xəstəliklər ötürülən zaman valideynlər gizli daşıyıcı olur. Yəni xəstəlik təzahür etmir, əlamətləri hiss olunmur. Hər iki gizli daşıyıcı ailə həyatı qurarsa, övladlarında xəstəlik yaranır. Azərbaycanda genetik yolla ötürülən xəstəliklərdən geniş yayılanı talassemiyadır.

Günay Əliyeva deyib ki, bu xəstəliyin qarşısını almaq üçün  bir neçə dövlət proqramı tətbiq olunub.

Bizə müraciət edən cütlüklərin təxminən 32 faizə yaxını – birinci dərəcəli qohum evlilikləridir. Bu da o deməkdir ki, ölkə ərazisində dünyaya gələn xəstə uşaqların üçdə birinə qohum evlilikləri səbəb olur”- deyə o qeyd etdi.

Talassemiya Mərkəzinin açıqladığı rəqəmlərə görə, Azərbaycanda üç mindən artıq talassemiyalı xəstə, respublika üzrə isə bir milyona yaxın talassemiya daşıyıcısı var. Son beş ildə mərkəzdə 55 xəstəyə sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub. Onların əksəriyyəti talassemiyalı xəstələr olub.
Qohum evlilikləri daha çox Lerik, Masallı, Lənkəran, Şəki və Bakıətrafı qəsəbələrdə yayılıb.
Deputat Tahir Rzayevin sözlərinə görə, qohum nikahından doğulan uşaqların sağlam olmama riski yüksəkdir:

“Uşaqlarla bərabər ailələr də əziyyət çəkirlər. Onların doğulması cəmiyyət üçün faydalı deyil. İnsan onlara baxan zaman təəssüf hissi keçirir ki, belə uşaqlar niyə doğulur? Bunun günahı qohumluq əlaqəsi olan ailələrdədir.

Onlar bilməlidirlər ki, bu münasibətlərdən gələn uşaqlar dünyaya sağlam doğulmama ehtimalı var. Bu gün belə hallar çoxdur. Xüsusi olaraq rayonlarda, kəndlərdə bu cür hallara rast gəlmək olar. Mən qohumluq əlaqələrinin əleyhinəyəm..
Genetik xəstəliklərin çox sayda olduğunu qeyd edən ginekoloq Rəşad Sultanın sözlərinə görə, əksər hallarda genin biri qüsurlu olanda, bu, özünü xəstəlik şəklində büruzə vermir:

Təəssüf ki, qohum evliliyini qadağan edən bir qanun yoxdur. Tibbi cəhətdən onların evlənməsi məsləhət deyil. Və bizim əlimizdən gələn cütlüklərə, sadəcə, bunun tibbi cəhətdən fəsadlarını izah etməkdir”.- deyə o  bildirib.

Sosioloq Cavid İmamoğlu bildirib ki, qohum evlilikləri Azərbaycanda geniş yayılıb: “Bəzi inkişaf edən və ya inkişafda olan ölkələrdə qohum evliliyi çox yayılıb. Azərbaycanda isə yaxın qohumların yox, uzaq qohumların evliliyi baş tutur. İnsanlar tanımadıqları insanla evləndikdə, yeni qohumluq əlaqəsi yaranır. Bu, müsbət haldır. Qohum evliliyi yaşayan insanlar da səhv iş görmürlər.

 

 

Daha çox göstər
Back to top button