İctimaiyyət

Bakıdakı kütləvi intihara cəhdin səbəbi məlum oldu

Azərbayca KİV-lərinin bildirdiyinə görə,  sentyabrın 5-də Bakıda 6 nəfər intihara cəhd göstərib. Belə ki, 6 kişi qaldırıcı krana dırmaşaraq özlərini oradan atacaqlarını bildiriblər.

Minval.az bildirib ki, Xətai Rayon İcra Hakimiyyətindən qafqazinfo-ya daxil olan məlumatda bildirilib ki, onlar “Aves” MTK adlı özəl şirkətin işçiləri olub və əməkhaqqını ala bilmədikləri üçün bu addımı atıblar:

“”Aves” MTK-dan işdən azad olunduqlarına və hər biri 1200 AZN məbləğində iki aylıq əmək haqlarını ala bilməmələrinə etiraz əlaməti olaraq Sabunçu rayon sakinləri  Əmrahlı Kənan Hafiz oğlu,  təvəllüdlü Yariyev Sabir Aslan oğlu, təvəllüdlü İsmayılov Emin Nağı oğlu, təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu, təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu,  il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya  məxsus Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranının üzərinə çıxaraq intihara cəhd edib”.

Diqqətəlayiqdir ki,  bu ilin mart ayında Xətai rayonu ərazisində Bakı şəhər sakini   təvəllüdlü Zeynalov Bəhruz Feyruz oğlu intihara cəhd edib. Xoşbəxtlikdən yaxınlıqdakı adamlar Zeynalovu söndürüblər. Kişi əlindən, boynundan və qarnından yanıq xəsarətləri alıb.
Zeynalov əmək haqqının ödənilməməsi səbəbindən intihara cəhd edib. Məlum olub ki, o, Elat ASC şirkətinin sürücüsü işləyib. Şirkətin sahibi onun iki aylıq əməkhaqqını verməkdən imtina edib. Odur ki, Zeynalov özünə qəsd etmək qərarına gəlib. Məlum olub ki, şirkətin sahibi sürücüyə 1500 manat borcludur.

Azərbaycanda  ilk dəfə deyildir ki, belə hadisələr baş verir.  Əslində hər şey daha mçürəkkəbdir. bu probləmlərin əsas səbbələrini və bu mövzuları yaxşıca araşdırmaq istədiyimizdə  iş verənlərin tərəfindən qanun poxuntulmasına dair bir çox faktla qarşılaşırıq.

Psixoloq Azad İsazadənə görə, intihar cəhdi   özünə qarşı yönləndilmiş göstərici     autoqresia hərəkətidir. Belə ki, öz hüquqlarını başqa şəkildə  ala bilməyəcəyini anlayan şəxs   intihara cəhd edir.

Daha çox göstər
Back to top button