Siyasət

RF ilə bizim əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır və daha yüksək səviyyədə olmalıdır: ER Baş naziri

Baş nazir Nikol Paşinyan ER Müdafiə nazlirliyinin “Zinuj” verilişinə müsahibə verib. Müsahibə zamanı o, deyib ki, Rusiya ilə Ermənistanın əlaqələri xüsusi əhəmiyyət daşıyır.

“Rusiya ilə bizim əlaqələrimiz xüsusi yerə malikdir, xüsusi əhəmiyyət daşıyır və biz bu əlaqələrin səmərəliyi əhəmiyyətli dərəcədə artmağa ümid edirik. Bizim əlaqələrimiz daha yüksək səviyyədə, daha çox strateji, daha çox əməkdaşlıq və daha çox qardaşlıq olmalıdır.”- deyə baş nazir deyib.

Nikol Paşinyan həm də ER Silahlı Qüvvələrinin döyüş hazırlığı və material-texniki doymasına, Dağlıq Qarabağ məsələsinin nizamlanmasının mexanizmlərinə və imkanlarına, eləcə də KTMT fəaliyyətinə toxunub.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin rəhbərləriylə məhz ilk təmaslarda mənə aydın oldu ki, eyni məsəslə onlarında da var.

İlk olaraq məsələnin mövcudluğunu qeyd etmək, sabirli, müttəfiq atmosferdə və məntiqi şəkildə məsələləri müzakirə etmək ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan qarşısında olan öhdəlikləri və Ermənistan Respublikasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və onun üzv dövlətləri qarşısında olan öhdəlikləri anlayaq”- deyə o, qeyd edib.

Daha çox göstər
Back to top button