İctimaiyyət

SOCAR-ın işçiləri azalmaqda davam edir

AZƏRTAC-ın xəbərinə görə, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.

Hesabata görə, 2017-ci ildə SOCAR-da çalışan işçilərin orta sayı 50 min 122 nəfər təşkil edib. İşçilərin sayı 2016-cı illə (50 min 933 nəfər) müqayisədə 811 nəfər azalıb. 2017-ci il ərzində işçilərin sayının 811 nəfər (1.6 faiz) azalmasının səbəbi kimi SOCAR-ın idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur dəyişiklikləri göstərilir.

Son illər bu qurumda işçilərin sayı, bir qayda olaraq, azalmaqdadır.

2015-ci ildə SOCAR-da 52 min 104 nəfər işçi çalışıb.

2014-cü ilin sonuna isə bu dövlət şirkətində 54 min 714 nəfər işçi fəaliyyət göstərib. Bu, son 3 ildə SOCAR-ın 4 min 500-dın çox işçi itirdiyi anlamına gəlir.

Daha çox göstər
Back to top button