BaşlıcaBeynəlxalq

Vladimir Putin:” Ermənistanla münasibətlər hər istiqamətdə inkişaf edir”

Rusiya ilə Ermənistan arasındakı əlaqələr bütün istiqamətlərdə irəliləyərək inkişaf edir. Moskvadan”Armenpress” in müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Pashinyanla etdiyi danışıqlarda bunu bəyan etmişdir.
Görüşün əvvəlində RF Prezidenti ikitərəfli əlaqələrin xüsusi xarakterini vurğuladı. “Bu gün Rusiya ilə Ermənistan arasındakı münasibətlər bütün istiqamətlərdə irəliləyərəkikişaf edir. Bunlar , siyasi münasibətlərə, hərbi sahələrə, təhlükəsizliklə bağlı məsələlərə və iqtisadi əməkdaşlığa aiddir”-deyə o qeyd edib.Putin enerji sahəsində əməkdaşlığı vurğuladı həmçinin, nüvə və istilik enerjisini də xatırlatdı.Rusiya prezidenti, iki ölkə arasındakı əlaqələrin metallurgiya və mexanika, maşınqayırma sahəsində də inkişaf etdiyini söylədi.”Bir sözlə bizim söhbət edəcəyimiz çox olaylarımız var”-deyərək Putin sonra əlavə etdi ki,ötən ildə ticarət dövrüyyəsinin artımı demək olar ki, 30 faiz təşkil edib və ümidvar olduğunu bildirib ki, bu il həmin göstərici rəqəm daha da artacaq.

Daha çox göstər
Back to top button