
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunub. Moskvadan Armenpress müxbirinin məlumatına görə, Baş nazir Paşinyan qeyd edib ki,özünə müntəzəm olaraq sual verilir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində qarşılıqlı güzəştə hazırdırmı.
“Mən həmin suala cavab verərkən həmişə qeyd etmişəm ki, ilk növbədə Azərbaycandan soruşmaq lazımdır ki, qarşılıqlı güzəştlərə hazırdırmı? Ona görə ki, haçan ki, Azərbaycan Ermənistan və Artsaxın ünvanına hədələməllər səsləndirir, təhdid edir, hər hansısa formayla Ermənistanınsa kompromisə hazır olduğunu deyərkən, zəifliyini nümayiş etmiş olur.Biz bunu qətiyyən etməyəcəyik Biz deyirik ki,Ermənistan ilə hər hansısa bir hədə-qorxu diliylə danışa bilməz.Biz buna bir başa icazə verməyəcəyik”-deyərək ER Baş naziri bəyan edib. Baş nazir həmçinin qeyd edib ki, gələcəkdə Qarabağ Ermənistanın bir bölgüsü kimi təsəvvür edir.”Bizim gələcəkdə olan təsəvvürlərimizə gəlincə,mən əvvəllər də demişəm ki, Artsaxı Ermənistanın bir hissəsi olaraq təsəvvür edirəm.Həmin yol isə ola bilsin bir adımdan tərtib olunmasın, o iki və üç addımdan tərtib oluna bilər Odur ki, bizim gələcəyə olan baxışımız birmənalıdır.Buradasa heç bir şübhə ola bilməz”-deyərək Baş nazir yekunlaşdırdı.