
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ermənistan və Rusiyanın yüksək səviyyəli əlaqələrə malik olduğunu və bu dinamikanın davam etdirilməsinə ümid etdiyini bildirir. Müxbirlərlə danışan Baş nazir vurğulayıb ki, bu heç də Ermənistanın digər tərəfdaşlarla münasibətləri inkişaf etdirməyə davam etməyəcəyini bildirmir.
“Biz kifayət qədər geniş bir siyasət yürüdürük. Fransa paytaxtına işgüzar səfərdə olmağı planlaşdırıram ki,orada Prezident Makron ilə görüşəcəyəm. Gürcüstanın Baş nazirini qəbul etməyə hazırlaşıram.Son vaxtlarda Almaniyanın kansleri Ermənistana səfər etmişdir. BMT-nin Baş Assambleyasının işinə qatılmağa hazırlaşıram”-deyərək Baş nazir sonra əlavə etdi ki, bu əlaqələrin birinin o birisi hesabına inkişaf etməyəcəkdir.”Üstəlik, Paşinyan vurğulayıb ki, hər hansısa istiqamətdə bizim əlaqələrimiz Rusiya ilə əlaqələrimiz hesabına inkişaf edə bilməz”-deyərək Paşinyan bəyan edib.