
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərəfdaş ölkələrinin təhlükəsizliyi səviyyəssinin artırılmasına yardım etməyə hazırdır. Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan “Zinuj” verilişinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, iş Ermənistanın təhlükəsizliyi səviyyəsini artırmağa istiqamətlənməlidir.Sual olunub ki,Baş nazir Azərbaycanın KTMT üzvü olacağı söz-söhbətlərə necə yanaşır?.Paşinyan cavabında deyib ki,Ermənistanın onun qartşısını almaq üçün bütün imkanları var.“Dağlıq Qarabağ məsələsinin tam və hərtərəfli, uzunmüddətli, həllini, həyatda isbat olunmuş nizamlanması nə qədər ki, olmayıb, məncə,Ermənistanın hər hansı bir vətəndaşı, hər hansı bir hökumət başqa bir fikir ifadə edə bilməz”- deyərək Nikol Paşinyan sualı cavablandırıb.