İctimaiyyət

ABŞ-da saxlanılan azərbaycanlılar əməllərini etiraf etdilər

ABŞ-da saxlanılan və 4,5 milyon həcmində fırıldaqçılıqda ittiham olunan MDB-dən olan şəxslər əməllərini etiraf ediblər.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Nyu-Yorkdakı baş konsulluğu məlumat yayıb.

“Bir neçə gün əvvəl bütün şübhəlilər Nyu-York həbsxanasına köçürülüb və hakim qarşısına çıxarılıb. Onlar əməllərini etiraf ediblər”, – məlumatda qeyd edilib.

Bildirilib ki, ABŞ tərəfi ittiham olunan şəxsləri vəkillərlə təmin ediblər.

İşlə bağlı növbəti dinləmələr sentyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, ABŞ-da iyulun 31-də 25 nəfərdən ibarət cinayətkar qrupa qarşı ittiham irəli sürülüb. Qrup üzvlərindən 17-si həbs edilib, səkkizi barədə isə axtarış elan olunub.

Aralarında dörd azərbaycanlının da olduğu qrup üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulların yuyulmasında ittiham olunub.

Saxlanılan şəxslər dələduzluqla bağlı 20 il müddətinə, çirkli pulların yuyulması ilə bağlı 30 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Qeyd edilib ki, 23 yaşlı azərbaycanlı Elvin Bağır-pur iyulun 24-də Mayamidə həbs edilib. Həmin gün Nyu-Yorkda saxlanılan digər 11 nəfər arasında da üç azərbaycanlı olub – 30 yaşlı Sərxan İmamverdiyev, 30 yaşlı Elvin Cavadzadə, 23 yaşlı Dürrə Mehdiyeva.

Daha çox göstər
Back to top button