Beynəlxalq

ABŞ tədqiqatçıları: Erməni lobbisi Vaşinqtonda ən nüfuzlulardan biridir

Amerikan Suny Press nəşriyyəti “Konqres və ictimai siyasəti: etnik və xarici lobbinin nüfuzu” kitabını nəşr edib.

Amerikan tədqiqatçıları Ceyms Tırberi, Kolton Kempbeli və Devid Duliounun kitabında müxtəlif, o cümlədən erməni lobbi qruplarının dərin təhlili təqdim olunmuşdur. Qeyd edilir ki, bu qrupların fəaliyyəti son illərdə ABŞ xarici siyasətini deyişdirib.

“ABŞ siyasətinə son illərdə ictimai təşkilatların nüfuzu artıb. Məsələn, 10 il öncə erməni mövzuyla çox az konqresmenlər məşğul olurdu. Bu gün amerikalı ermənilərin lobbisi Kapitolium yüksəkliyində ən nüfuzlulardandır”- deyə kitabda deyilir.

Müəlliflər həm də ABŞ-ın ictimai və siyasi həyatında ən nüfuzlulardan biri olaraq xarakterizə edərək amerikalı ermənilərin uğurlu lobbiçiliyinin müxtəlif nümunələri gətirir.

Daha çox göstər
Back to top button