Siyasət

ER Müdafiə nazirliyinin uzaqdan təhsil işçi qrupu birinci yeri tutub

Sentyabrın 5-dən 7-dək ER Müdafiə nazirliyinin uzaqdan təhsil qrupu “Sülh naminə tərəfdaşlıq” proqramının mətbuat idarəsinin koordinatoru və GlobalNet proqramının koordinatoru Davit Ğazaryanın başçılığıyla NATO-nun transformasiya müttəfiq komandalığı tərəfindən təşkil edilmiş uzaqdan təhsil forumunda iştirak edib.
Bu barədə MN mətbuat xidmətindən bildirilib.

İşçi qrupu uzaqdan təhsil təlimlərinin müsabiqə-sərgisində iştirak edib, ER Müdafiə nazirliyinin uzaqdan təhsil sahəsində süni intellekt istifadə edərək son texnoloji nailiyyəti təqdim edib və birinci yeri tutub. Uzaqdan təshil işçi qrupuna mükafatı NATO transformasiyalar müttəfiq komandalığının şöbəsinin rəisi, vitse-admiral Pol Benet verib.

Diqqətəlayiqdir ki, ER Müdafiə nazirliyi uzaqdan təhsil işçi qrupu 2016-cı ildə birinci şərəfli yeri tutub.

Daha çox göstər
Back to top button