
“Şant -2018” komanda-qərargah manevr təlimlərinin senarisinə əsasən, şərti rəqib sərhəddə əməliyyatlara başlayıb. Bu barədə Ermənistanın Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan Ermənistan Respublikasının Müdafiə nazirliyində keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.
“Saat14.00-dan etibarən, senariyə görə, vəziyyət regionda kəskinləşib və sərhəddə toplantılar var.Şərti rəqib kəskin bir əməliyyata başlayıb, hər iki tərəfdə itkilər var.İndi bəzi tədbirlər görülür. Qaçqınların böyük bir riski var ki, bunun nəticəsində terrorçuların Ermənistana soxula biləcəyi təhlükəsi var” – deyərək Hovannisyan qeyd edib.Artsrun Hovhannisyanın sözlərinə görə, təlimlər zamanı həmçinin digər ümumi fəlakətli vəziyyətlər də yarana bilər.