
Ermənistan Respublikasının Xarici işlər nazirliyi Tavuş vilayəti istiqamətində sentyabrın 11-də Azərbaycan tərəfindən açılan atəş haqqında ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verib.
Verilən məlumata görə, bu haqda sentyabrın 12-də ER Müdafiə nazirliyində keçirilən mətbuat icmalı zamanı jurnalistlərə ER XİN mətbuat katibi Tiqran Balayan bildirib.
Belə vəziyyətlərdə bizim hərəkət mexanizmimiz aydın və qətidir. İlk növbədə, ölkənin Xarici işlər nazirləri və səfirləri ,ATƏT-in Minsk Qrupu sədrinin şəxsi təmsilçisi məlumatlandırılır ki, Azərbaycan tərəfindən növbəti dəfə kobud səhvə yol verilib”-deyərək T.Balayan qeyd edib.
Tiqran Balayanın sözlərinə görə, Azərbaycan təcavüzləri davamlı xarakter daşıyır ki, bu da onların dezkonstruktiv mövqeyinin nəticəsidir. “Azərbaycan Vyanada, Sankt-Peterburqda və Cenevrədə əldə edilmiş razılaşmaları həyata keçirməkdən imtina edir”, – ER Xİ nazirliyinin mətbuat katibi bildirib.