Siyasət

MTX dirketoru və XİX rəhbərinin telefon danışığının səs yazması və yayılmasıyla bağlı hadisənin xırdalıqlarını aydınlaşdırmaq məqsədiylə istintaq aparılır

ER İstintaq komitəsində ER Milli Təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan və ER Xüsusi İstintaq xidmətinin rəhbəri Sasun Xaçatryanın arasında telefon söhbətinin məxfiliyin pozulması, onun səs yazması və yayılması hadisəsiylə bağlı ER Baş Prakurorluq ER Cinayət Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsi (yazışma, telefon söhbətləri, poçt, teleqraf və ya digər kommunikasiyaların məxfiliyinin pozulması) və 254-cü maddəsinin 3-cü hissəsinin 4-cü (kompüter məlumatlarının qeyri-qanuni əldə edilməsi) nöqtəsiylə cinayət işi açılıb. Bu barədə ER İstintaq komitesindən bildirilir.

ER İstintaq komitesi tərəfindən ilkin istintaqı Xüsusi vacib hadisələrin istintaqının baş idarəsinə verilib.

İstintaq qrup yaradılmışdır və hadisənin bütün xırdalıqlarını, iddia edilən cinayəti törətmiş şəxslərin çərçivəsini aşkar etmək məqsədiylə operativ-kəşfiyyat orqanlarıyla birgə zəruri tədbirlər görülür.

Xatırladaq ki, keçən gün “Youtube”-də səs yazısı dərc edilib. Səs yazısında Artur Vanetsyan və Sasun Xaçatryan 1 mart hadisəsiylə Ermənistanda son həbslər barədə danışır.

Daha çox göstər
Back to top button