Siyasət

Paşinyan Senatın Fransa-Ermənistan dostluq qrupunun üzvlərini qəbul edib

Baş nazir Nikol Paşinyan Fransa-Ermənistan dostluq qrupunun sədri Jilber-Lyuk Dvinazın başçılıq etdiyi nümayəndəliyini qəbul edib. ER hökumətinə əsasən, baş nazir erməni-fransız əlaqələrin gələcək inkişafı və möhkəmləşdirilməsinə yönəlmiş dostluq qrupunun fəliayyətini mühüm sayıb və Ermənistan və Fransa arasında dövlətlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.

Həmsöhbətçilər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqdan öz məmnunluğu bildirib və iqtisadi əlaqələrin genişləndirilməsi və inkişafını, o cümlədən tiracət dövriyyəsinin həcmlərinin davamlı artmasını mühüm sayıb.

Tərəflər həmçinin Ermənistanda baş verən proseslərə, müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlara, o cümlədən demokratiyanın inkişafına, Seçki Məcəlləsində edilən dəyişikliklərə, biznes mühitinin yaxşılaşdırılmasına, vergi və gömrük administrasiyasının sadələşdirilməsinə, investisiyaların təşviqi və digər mövzulara toxunub.

Daha çox göstər
Back to top button