İdman
Türkiyədə keçirilən beynəlxalq turnirdə boksçular qələbəylə başlayıb

Boks üzrə Ermənistan komandasının üzvləri Türkiyədə keçirilən beynəlxalq turnirdə yarışmağa başlayıb.
“Armenpres”-ə əsasən, idmançılardan 4-ü türk boksçulara qalib gəlib, Hovhannes Baçkov isə qanalı idmançıya qalib gəlib. Sentyabrın 13-də dördəbir finalın yarışları baş verəcək və həm də 52 kg çəki dərəcəsində Artur Hovhannisyan yarışmağa başlayacaq. O, həmçinin türk boksçu ilə yarışacaq.
İstanbulda Ermənistanı 52kg çəki dərəcəsində Artur Hovhannisyan, 56kg çəki dərəcəsində Jora Margaryan, 64kg çəki dərəcəsində Hovhannes Baçkov, 69kg çəki dərəcəsində Arsen Poğosyan, 75kg çəki dərəcəsində Arman Darçinyan, 91 kg çəki dərəcəsində Narek Manasyan.
Erməni boksçular yarış yerinə məşqçi Rudik Mkrtçyanın başçılığıyla gedib.