Mədəniyyət

Xristianlığa qədər Ermənistanın simvolu: Çex radiosu Garni məbədinə toxunub

Çex «Český rozhlas Radiožurnál» radiosu öz saytında Ermənistanın məşhur yerlərindən biri olan Garni bütpərəst məbədi barədə məqalə dərc edib.

Yerevandan təxminən 30km uzaqlıqdakı məbəd barədə danışarkən çex müəllifləri qeyd edib ki, Ermənistanın xristianlığı dövlət dini kimi qəbul edən ilk ölkə olduğuna baxmayaraq, ölkənin dini kökləri daha çox dərindir və bütpərəst keçmişə malikdir.

“Ermənistan dünyanın ən qədim ölkələrindəndir, amma onun tarixi daha dərindir. Ermənistan hellenistik sivilizasiyanın bir hissəsidir və bu zamandan indiyə qədər bir bütpərəst məbəd var”- deyə məqalədə deyilir.

Müəlliflər neinki məbəd, həm də burada olan Daşlar simfoniyası barədə danışıb. Burası hər gün müxtəlif turistlər ziyarət edir.

Garni bütpərəst məbədi Kotayk rayonunun eyni adı daşıyan kəndində, Azat çayının sağ sahilindədir.

Ermənistan Respublikasının tarixinin və mədəniyyətinin daşınmaz abidəsidir.

Ənənəyə əsasən, Movses Xorenatsi yazır ki, Garni məbədi Hayk ulu öndərin nəvəsi Geğam tikib. Məbəd də onun nəvəsi Garnikin adıyla Garni adlandırılıb.

Daha çox göstər
Back to top button