Amerikadakı korporasiya Azərbaycanda gizli ödənişlər etmək üçün 13.9 mln dollar cərimə ödəyəcək

ABŞ-ın Konektikut ştatında fəaliyyət göstərən United Technologies korporasiyası ABŞ-da ona qarşı gizli və qanunsuz ödənişlərə dair iddialarının aradan qaldırılması üçün 13,9 milyon dollar cərimə ödəməyi qərara alıb. Bu barədə The Wall Street Journal yazır. Şirkət Azərbaycanda, Çində, eləcə də Asiyanın ölkələrində qanunsuz ödənişlər edib, xarici rəsmilərə səyahətlər və hədiyyələr verib ki, o ölkələrdə biznes etsin. Bu barədə Təhlükəsizlik və Mübadilə Komissiyasının məlumatları sübut edir.
Belə ödənişlər rüşvət vasitəsilə biznesin saxlanmasını qadağan edən Xarici korupsiya əməliyyatlar barədə qanun layihəsini pozur. Qanun Təhlükəsizlik və Mübadilə Komissiyasının və ABŞ Ədliyyə departamenti tərəfindən birgə tətbiq olunur.
Araşdırma 2013-cü ildən başlanıb. Azərbaycanda United’s Otis Elevator Co filialı Bakıda binalar üçün lift və avadanlıqlar satmaq üçün 2012-2014-cü illərdə vəzifəli şəxslərə pul verib.