Siyasət

Sovetin “Azadlıq” radiosuna edə bilmədiyini İlham Əliyev etdi

Azadliq.info-nun xəbərinə görə, Cəmil Həsənli yazır։ 

Deməli, vaxtı ilə Sovet KGB-nin əsas hədəflərindən biri “Azadlıq” radiosu idi. 70-ci illərin ortalarında bu radio Sovet rəhbərliyinə çox baş ağrısı verirdi. Ona görə Politbüro 1975-ci ildə KGB-nin sədri Andropova tapşırıq verdi ki, radionun Avropa ofislərin bağlamaq üçün əməliyyat tədbirləri işləyib hazırlamaq, təxribatlar törətmək, hətta bu radionun Avropadakı ofislərinin saxlanmasının Amerika vergiverənlərinə baha başa gəlməsi, Avropa ictimaiyyətinin “Azadlıq” radiosuna qarşı qaldırılması kimi metodlardan istifadə etmək lazımdır. Deyirəm vallah bu KGB çox təcrübəsis imiş. İlham Əliyev kimi “Azadlıq” radiosunun ofisin möhürlədirib, sənədlərin müsadirə etdiribb, yayımın bloklatdırıb, içilərinin bir yarsın həbs, o biri yarsın cəlayi vətənə etdirib, bəzilərinin də ölkədən çıxışına stop qoydurmaq əvəzinə Amerika vergiverənlərinin “dərdini” çəkirmiş. “Azadlıq” radiosunun Avropadan çıxarılması ilə bağlı KGB-nin aşağıdakı tədbirlərini özünüz İlham Əliyevin tədbirləri ilə müqayisə edin.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button