Siyasət

ER Müdafiə naziri FAST qurucu direktoruyla görüşüb

Ermənistanın Elmi və Texnologiyaları Fondunun (FAST) baş ofisində sentyabrın 17-də FAST qurucu direktoru Armen Orucyan ilə ER Müdafiə naziri Davit Tonoyanın görüşü keçirilib.

“Armenpres”-ə ER Müdafiə nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, görüş zamanı ER Müdafiə nazirliyinin və Fondunun əməkdaşlıq yolları müzakirə olunub. Hərbi qullüqçuların yeni təhsil proqramları üçün inkişaf etdirilmiş kurslar, onların istifadə edilməsi müddətləri və formatları təqdim olunub. Təhsil proqramları informsiya elmi, süni intellekt, kiber təhlükəsizliyi və silahlı qüvvələr üçün prespektivli digər sahələr əhatə edəcək.

ER Müdafiə naziri silahlı qüvvələrdə yüksək səviyyəli təhsil proqramlarının yaradılması və hərbi qulluqçuların elmi-texniki bacarıqlarının inkişafının vacibliyini vurğulayıb.

“Proqramlar, beynəlxalq ən yaxşı təcrübələrdən istifadə edərək, hərbi və mülki mühit arasında “istedadlıların dövrü” yaratmaq məqsədi daşıyır. Sonuncusu həmçinin yeniliklərin mülki ekosisteminin inkişafına təşviq edəcək”- deyə öz növbəsində Armen Orucyan qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Daha çox göstər
Back to top button