İctimaiyyət
Həbsdəki fəal və bloqqerin incidildiyi deyilir

Elgiz Qəhrəmanın və bloqqer Mehman Hüseynovun həbsxanada incidildiyi bildirilir.
Bu haqda «Turan» agentliyinə NİDA Vətəndaş Hərəkatından bildiriblər.
E.Qəhrəman və M.Hüseynov 14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
NİDA Vətəndaş Hərəkatından Samir Əsədlinin bildirməsinə görə, cəzaçəkmə müəssisəsində onlara ciddi problemlər yaradılır: «Onların hər ikisinin telefon danışıqlarına məhdudiyyət qoyulub. Mehman Hüseynov bu yaxınlarda mərhum anasının 40 mərasimi günündə evlə danışmağa buraxılmayıb. Onu atası ilə danışmağa qoymayıblar».