İctimaiyyət
Azərbaycandan Rusiyaya gedən onlarla yük maşını saxlanıldı

Azərbaycana məxsus 30-dan çox meyvə dolu yük avtomobili Rusiya gömrüyü tərəfindən bu ölkəyə buraxılmayıb.
“Xəzər” TV-nin məlumatına görə, onların saxlanmasına səbəb daşıdıqları yükün normadan artıq olmasıdır.
Sürücülər iddia edirlər ki, onların bəzilərinin yükü normadan 20 kq, bəzilərinin yükü isə 50-100 kq artıqdır.
Sürücülər geri qayıtmaq istəsələr də, Rusiya tərəfi onlara icazə verməyib.