Danske bankı Rus və Azərbaycan pullarının nə qədər yuyulduğunu hesablaya bilmir

Danimarkanın ən böyük banklarından biri olan Danske bu gün bəyan edib ki, öz bankının Estoniyadakı filialıyla 2007-dən 2015-dək nə qədər pulun “yuyulması”-nı aydınlaşa bilməyib. Bank bəyan edib ki, Danske-nin baş icraçı direktoru Tomas Borgen istefa edib. İstefa Estoniyadakı filialda milyardlarla qeyri-qanuni Rus və Azərbayacan pullarının yuyulması ilə əlaqədar səs-küylə bağlıdır.
“Mən, həqiqətən, təəssüf edirəm. Aydındır ki, Danske bankı Estoniyada pulların yuyulmasıyla imkan olan hadisəylə bağlı öz öhdəliyini yerinə yetirə bilmədi”- deyə Tomas Borgen yayıldığı bəyanatda deyir.
Xatırladaq ki, Danke bankının Esroniyadakı filialı barədə The Guardian “Azərbaycan camaşırxanası” journalist istintaqında skandallı açıqlamalar edib. The Guardina aşkar edib ki, Azərbaycanın hakim elitası Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, qeyri-şəffaf ingilis şirkətlərdə pul yumaq və başqa vasitələrlə mənfəət əldə etmək üçün 2.9 mlrd dolar məxfi proqramı həyata keçirib.
Mətbunun məlumatlarıyla, 7 mln funt Britaniyada lüks mallar və xüsusi təhsil haqqı üçün xərclənib. Azərbaycan və Rusiyanın qeyri-şəffaf ödəniş sistemləri vasitəsilə yatırılan vəsaitlər Britaniya şirkətlərinə yönəldilmişdir. Qabaqcıl Avropa banklarından biri olan Danske bu ödənişləri Estoniyadakı filialı vasitəsilə edib. Gizli bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi, “Guardian” mətbusu və media sahəsinin digər nümayəndələriylə paylaşıb.
Azərbaycan tərəfindən “yuyulmuş pullar”-ın bir hissəsi Avropa siyasi xadimlərinin cibinə gedir. Onlar da buna qarşı Avropa strukturlarında anti-erməni təbliğatını aparıb, Azərbaycanın reytinqini artırmağa çalışıblar. Bu hadisələrdən ən məşhuru Milanın Parlament Assambleyasının keçmiş deputatı Luka Volontenin işinin aşkar edilməsidir. Buna əsasən, Volonte Azərbaycan hakimiyyətlərindən 2.39 mln avro alıb.