BaşlıcaBeynəlxalq

Ermənistanın İctimai Radiosunda rus dilində “Azərbaycan bir həftə ərzində” proqramına start verildi

Ermənistanın İctimai Radiosunda rus dilində “Azərbaycan bir həftə ərzində”  proqramına start verildi. Proqramda Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqramın ilk hissəsində prezident İlham Əliyevin oğlu Heydərin andiçmə mərasimi müzakirə olundu.

Proqramda qeyd olunur ki, Azərbaycanda inanılmaz bir şey oldu: İlham Əliyevin olğlu orduya getdi. Bu isə, Azərbaycan üçün görünməmiş bir hadisədir, çünki hər kəs bunun əsla baş verməyəcəyinə əmin idi.

Əliyevlərin bütün “monarx ailəsi”: ata, həyat yoldaşı və iki qızı gənc əsgərlərin, o cümlədən gənc Heydər Əliyevin andiçmə mərasimində iştirak etdilər. O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsinə xidmətə keçdi. Onun bu hissədə xidmətə keçmə səbəbi odur ki, DTX rəisi Mədət Quliyev Əliyev ailəsinin dostu və İlham Əliyevin çox etibarlı şəxsidir.

Bu hadisə həmçinin onun üçün diqqətəlayiqdir ki, gənc Heydər Əliyev ailəsinin orduya xidmətə gedən brinci kişi oldu.

Məlumdur ki, İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxumuş və  tarix elmləri namizədi elmi dərəcəsini almışdır, ona görə də orduda xidmət etməyib. 1990-cı illərdə Qarabağ münaqişəsi ərzində, o Türkiyə   və Moskvada  qalıb, cəbhə xəttinə heç yaxınlaşmayıb və orada baş verənlər haqqında belə yaxşı məlumatlı deyil.

Onun atası  da orduda xidmət etməyib, İkinci dünya müharibəsi ərzində, orduda xidmət etmək müddəti gələrkən birdən vərəm xəstəliyi ortaya çıxıb.  Arayışa görə, o, hərbi xidmətdən  azad edilib.  Buna baxmayaraq,  Heydər Əliyev   vərəm xəstəliyiylə paralel dövlət  təhlükəsizlik orqanlarında işləməyə başlayıb. O, əvvəlcə    arxa cəbhəni ərzaq məhsullarının təmin edilməsi ilə məşğul olub,  sonra isə mütəmadi şəkildə karyera nərdivanından general rütbəsinə qədər ucalıb.

Gənc Heydər Əliyevin  orduda xitmətinin digər  vacib xüsusiyəti odur ki, o  cəbhə xəttindən çox uzaqda xidmət edəcək və onun  təhlükəsizliyi təhdid altında olmayacaq. Təbliğat, PR, avtoritetin artırılması baxımdan  əlbəttə, bu böyük və vacib plusdur.

Lakin  bununla bağlı bir çox sual  ortaya çıxır, necə olur ki, gənc Heydər Əliyev andiçmə mərəsimində olub, lakin  yaz çağırışı zamanı onun xidmətə getmək məsələsi diqqətdən yayınıb.

Andiçmə mərasiminin şəkillərini nəzərdən keçirdiyimiz və gənc Heydərin  avtomatın necə tutduğuna diqqət yetirərkən deyə bilərik ki, o, həyatında ilk dəfə, çox güman ki, son dəfə   avtomat tutur.Təxminən üç ay məşq edən birinin belə  qeyri-peşkəkar  şəkildə silah tutması göstərir ki, o, andiçmə mərasiminə təsadüfən düşüb, sonra isə dönüb evə qayıdacaq.  O, orduda xidmət etməyəcək.
Əslində inanılmaz bir  şey olub- hərbi formada gənc Əliyevi gördük; bu isə atasının üzündəki təbəssümlə uyğunlaşmır.

Daha çox göstər
Back to top button