Polşa şirkətinin nümayəndəsi Stepanakertdə brendinq barədə seminar keçirib

AR Ekonomika və Sənaye İnfrastruktur Nazirliyinin təşəbbüsü ilə Stepanakertdə “Məhsulların brendinqi” mövzusuyla seminar keçirilib. Seminarın əsas mövzusu şirkətlərin və məhsulların reklam və markalanmasına aiddir.
“Armenpres”-in müxbirinə əsasən, AR Ekonomika və Sənayə İnfrastruktur naziri Levon Grigoryan seminarda qeyd edib ki, indi Artsaxda mareketinq sahəsində məhsulların markalanması və reklam hələ inkişaf etdirməmiş sahə sayılır. “O inkişaf yolundadır. Belə tədbirlərin təşkil edilməsinin nəticəsiylə sahəni daha yaxşılaşdırmağa çalışacağıq”- deyə L. Grigoryan deyib.
“Publicis” şirkətinin direktoru Maçey Lisovski qeyd edib ki, buraya gələrkən onun məqsədi ilk növbədə Artsax barədə çox məlumatların alınması idi.
“Artsaxda mədəniyyət, mətbəx, landşaft, insanlar və onların birliyi ayrıla bilər. Artsaxın adını dinləyərkən o çox tez qeşəng təbiət, turizm ilə əlaqələndirilir, amma həm də hərbi əməliyyatlar, müharibə, böhran ilə əlaqələndirilir. Məhz buradan da brendinqin formalaşdırılması başlanır”- deyə M. Lisovski deyir..
Seminarın məruzəçisi müxtəlif ölkələrin təcrübəsinin əsasında brendinqin ən yaxşı nümunələrini təqdim edib. Tamaşaçıların suallarına cavab verib.