BaşlıcaSiyasət

D.Tonoyan Ermənistan-Çexiya müdafiə əməkdaşlığının inkişafı vacibliyini vurğulayıb

Ermənistan Respublikasının Müdafiə naziri David Tonoyan ER-da Çexiya Respublikasının fövqalədə və səlahiyyətli səfiri Petr Miksikanı və ER-da vəkalətlənmiş hərbi təmsilçi , podpolkovnik İqor Kandraçı qəbul edib.Müdafiə Nazirliyinin məlumatına görə, nazir ikitərəfli müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu və tərəflər arasında əməkdaşlığın inkişafı üçün müvafiq hüquqi əsasların olduğunu qeyd etdi. Hərbi-texniki sahədə əməkdaşlıq və onun həyata keçirilməsi sahəsini müəyyən edən hüquqi sənədin imzalanması zərurəti vurğulandı. Səfir Mikiska Çex tərəfinin əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib və yeni hərbi attaşenin təyin edilməsi əlaqələrə yeni bir təkan verəcəyinə ümid etdiyini bildirdi.

Daha çox göstər
Back to top button