BaşlıcaTəhlil

“Azərbaycan bir həftə ərzində” proqramının ikinci bölümü

Ermənistanın İctimai Radiosunda rus dilində “Azərbaycan bir həftə ərzində”  proqramına start verildi. Proqramda Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqramın ikinci bölümündə  silahlı qüvvələri və təhlükəsizlik baxımından çox vacib məsələlərindən biri İsrailin müdafiə naziri  Aviqdor Libermanın Azərbaycana səfəri müzakirə edilib.

Aviqdor Libermanın səfəri ilə bağlı ən diqqətəlayiq olanı məhz onun səfəri idi.  Çünki bildiyimiz kimi, Azərbaycan  və İsrail çoxmilyardlı silah satın alınması üzrə hərbi sahəsində ciddi münasibətlərə malikdir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə görüşdə qeyd edilib ki, hərbi və təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan İsrail silah istehsalçıları üçün dadlı loxmadır, Rusiyadan sonra Azərbaycana  silah təchizat edən ikinci ölkə İsraildir. Əlbəttə, İsrail belə bir zəngin bazara maraq göstərir.

Qeyd edilir ki, Azərbaycanda neft qiymətlərinin sabitləşməsindən sonra Azərbaycan əlavə pulla silah almağa başlayacaq. Bundan əlavə, İlham Əliyev Vladimr Putnlə görüş ərzində Azərbaycana silah göndərilməsi ilə bağlı həyata keçirilmiş müqavilələrin ümumi dəyərinin 5 milyard dollar olduğunu qeyd edib.

Bununla bağlı çoxları düzgün anlamayıblar. Onlar düşünüblər ki, Əliyev yalnız  5 milyard dollarlıq müqavilə imzalayacaq. Əslində, söz ümümi müqaviləri haqqında idi.

Lakin istisna deyildir ki, yeni təchizatlar da çox ciddi olacaqlar. Azərbaycan silahlar almaq və təchizatçıların sayını artırmaq niyyətindədir. Əsas diqqət yüksək texnologiyalı silahlara yetirilir.

Həmçinin qeyd edilir ki, Azərbaycan, İsrail və Çexiya kimi ambargonu və silah təchizatının maneələrini keçmək üçün müxtəlif sxemlərdən istifadə edir. Stabil təchizatçıları var: Türkiyə, Pakistan, Belarus, Ukrayna. Buna görə də, Azərbaycanın pulu var və o, bunu silahlanması üçün xərclənəcək.

Bu səfərin diğər xüsusiyyəti odur ki, səfər  Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi ilə üst-üstə düşdü.

Bəzilərdi bunu bir işarə kimi gördülər: ehtimal edilir, ki bir razılaşma var idi. Rəsmi versiyaya görə isə, bu təsadüf idi. Lakin buna baxmayaraq, Liberman Azərbaycan-Türkiyə əməkdaşlıq şurasının iclasında iştirak etdi və bu təsadüf adlandırıla bilməz.

Ərdoğan paradda iştirak etdi. Liberman isə, paradı otelinin pəncərəsindən seyr etdi.

Paradda Ərdoğan türk-erməni sərhədinin açılışı ilə bağlı daima dediyi “sehrli sözlərini” demişdi.

Lakin bu sözlər erməni auditoriyasına lazımi təsiri göstərə bilmədilər. Yəni, Ərdoğan Əliyev kimi heç bir yeni şey deməyib. O yalnəz erməni millətçiləri, bolşevikləri və daşnakları barədə eyni təbliğat klişelerini təkrarladı. Burada Heydər Əliyevin 1918-ci ilin həmin hadisələrinə dair lakin tamamailə əksini ifadə edən sitatı yaddımıza gəldi. Bu sitat hələ sovet dövründə söylənilmişdi.

“Yoldaşlar! Stepan Georgiyeviç Şaumyanın peşəkar inqilabçıya məxsus dərin məzmunlu, qısa, lakin parlaq həyatı, çoxcəhətli partiya və dövlət fəaliyyəti əməkçi xalqın azadlıq və xoşbəxtliyi uğrunda, kommunizm ideallarının təntənəsi uğrunda fədakarcasına mübarizə aparmaq rəmzidir”.

Çox maraqlıdır ki, Azərbaycanda ADR dövrü barədə bu günə kimi danışılmırdı, Rəsulzadənin abidələri yıxılırdı. Səbəb odur ki, onun Əliyevlər ailəsi ilə heç bir əlaqəsi yoxdu. Musavatçılar özləri həm Heydər Əliyevin dövründə, həm də hazırda rejimin bir nömrəli düşməni hesab olunurlar.

Sonra, birdən-birə rəsmi təbliğat “yorğanı özünə çəkməyə” qərar aldı, çünki tarixin böyük bir qismi alıb silinə bilməz. Onlar başqa you ilə getməyə: tarixi öz faydasına yazmağa və ermənifobiyasını və anti-erməni bəyanatları gözəl bir şəkildə təqdim etməyə qərar verdilər.

Lakin Rəsulzadə ilə bağlı onların diğər bir probləmi vardı. O nazilərlə əməkdaşlıq edirdi. Onlar çox uzun zaman bu faktın necə təqdim edəcəklərini bilmirdilər, çünki nazilərlə hər hansı bir əməkdaşlıq Rusiyada narazılığa səbəb olacaqdı. Bunun üçün də onlar Rəsulzadənin mövzusuna çox toxunmadılar, çünki nəticələrdən əmin deyildilər.

Lakin onlar çox gözəl bir həll buldular: İkinci Dünya Müharibəsi dövrü haqqında sadəcə susurlar. Rəsulzadənin Azərbaycana və ADR-a verdiyi bütün töhfələri 20-ci iillərlə məhdudlaşdırırlar. Beləliklə, onlar özlərini “halıya dəvətdən” qurtardılar.

Daha çox göstər
Back to top button