BMT İnsan Hüquqları Şurası Azərbaycanda vəziyyəti müzakirə edib

BMT-nin Cenevrədəki mənzil-qərargahında İnsan Hüquqları Şurasının iclasında təşkilatın Azərbaycan üzrə öhdəliklərinin yerinə yetirilməsi müzakirə olunub.
İclasda iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov Turan-a bildirib ki, çıxış edənlərin çoxu qeyd edib ki, Azərbaycan tövsiyələri yerinə yetirməyib.
“Artikl 19” təşkilatının nümayəndəsi bir sıra beynəlxalq təşkilatın adından xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin işi olduqca məhdudlaşdırılıb, xarici donorlara işləməyə imkan verilmir, hakimiyyət vəkillərə və QHT-lərə təzyiqləri artırır, jurnalistləri və hökuməti tənqid edən şəxsləri həbsxanadan buraxmırlar.
Öz növbəsində E.Hüseynov qeyd edib ki, yaradılan Məşvərət Şurasında müstəqil QHT nümayəndələri də təmsil olunmalıdır.