Beynəlxalq

Dövlət Departamenti Azərbaycana dair çox ciddi faktlar açıqlayıb

ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrinin terrorizmlə mübarizəsinə dair hesabatı yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hesabatda Azərbaycana da xüsusi yer ayrılıb.
Hesabatda deyilir ki , Azərbaycan hökuməti terrorçu cəhdlərinin aşkarlanması və dəf olunması üçün fəal iş görüb. Terrorçuluq cəhdləri Azərbaycanın quru və dəniz sərhədlərindən, həmçinin Cənubi Qafqaz ərazisindən adam, pul və material keçirməyi hədəfləyib.

Sənəddə qeyd edilir ki, Azərbaycan ötən il terrorçu və terrorçuluğun hüquqi tərifini genişləndirib.

Hesabatda qeyd olunur ki, Azərbaycanın hüquq mühafizə və təhlükəsizlik xidmətləri ötən il bir neçə potensial terror hücumunu önlədiklərini bildiriblər.

Yanvarın 27-də şübhəli “dini ekstremist” Ceyhun Ocaqovun həbsinə müqavimət göstərdiyi üçün öldürüldüyü deyilir.

Fevralın 1-də Dövlət Təhlükəsizlik Xidməti terrorçu təşkilatlara bağlı olduğu bildirilən qruplaşmanın dörd üzvünü öldürüb.

Avqustun 28-də terrorçuluqda şübhəli sayılan Yaşar Cavadov öldürülüb

Oktyabrın 27-də isə Suriya və İraqda savaşmaqda şübhəli sayılan dörd azərbaycanlı saxlanıb.

Qeyd edək ki, yuxarıda adları sadalanan şəxslərin yaxınlarından, yaxud vəkillərindən bu ittihamlara münasibət almaq mümkün olmayıb.

Hesabatda Azərbaycanın beynəlxalq antiterror təşəbbüslərinə də üzv olduğu vurğulanır.

Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin ölkənin dini icmalarında radikallaşmanı önləməkdən ötrü maarifləndirmə işi apardığı qeyd olunur.

ABŞ Dövlət Departamenti Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təkmilləşdirilməsi yönündə cəhdlərini davam etdirməsindən də söz açır.

Daha çox göstər
Back to top button