Keçmiş hakim: Azərbaycan dövlət kimi bir çox şikayətçiyə uduzur

“Azərbaycanda məhkəmə sistemində islahatların zəruri olduğunu dilə gətirənlər, bizdə məhkəmələrin hansı vəziyyətdə olduğunu yaxşı bilirlər”- Keçmiş hakim Şükür Məmmədli ASTNA-nın suallarına cavab verir.
“Məhkəmə statistikasına baxsanız, dövlət orqanlarına qarşı qaldırılmış iddiaların nəticələri sizə çox şey deyər. İddiaçıların işi qazanma şansı demək olar ki, həmişə sıfra bərabər olur. Cinayət işləri isə ayrı söhbətin mövzusudur. Bircə onu qeyd edim ki, inkişaf etmiş ölkələrdə məhkəmələrə daxil olmuş işlərin 5-25%-i bəraət hökmlərilə sonuclanır. Bizdə isə bu rəqəm 0,3 %-ə çatmır! Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu rəqəmlər müvafiq olaraq 2012-ci ildə 0,21%, 2013-də 0,24% olub”,- deyə o geyd etdi.
Məhkəmələrin öz iradələrinə uyğun hərəkət edə bilmələri üçün onlar tam müstəqil olmalıdırlar. Lakin onlar ən azı icra hakimiyyəti tərəfindən təyin olunduqlarına görə müstəqil deyil. Onların təyinatı da, vəzifədən çıxarılmağı da siyasi iradə ilə həyata keçirilir.
“Düzdür, Azərbaycandan AM-ə çox iş gedir və onların bir çoxu şikayətçilərin xeyrinə həll olur. Bilirsiniz, AM-ə edilən şikayətlərdə cavabdeh şəxs kim olur? Azərbaycan dövləti. Azərbaycan dövlət kimi bir çox şikayətçiyə uduzur və qarşılıq olaraq da xeyli miqdarda kompensasiya ödəməli olur. Lakin hakimiyyətin uduzmasına səbəb olan qərarları çıxarmış hakimlər vəzifələrində qalırlar”.