İctimaiyyət

“Qiyas İbrahimova həbs yerində gecə kitab oxumağa imkan vermirlər”

Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəal Qiyas İbrahimova gecə yatağında kitab oxumaq qadağası qoyulub. Qiyas İbrahmovun anası Şura Əmiraslanova Turan-a müsahibəsində bildirib ki, oğlunun gecə yatağında fanar işığında kitab oxumasına nəzarətçilər imkan verməyib.

Onun sözlərinə görə, nəzarətçilər buna görə Qiyasa İbrahimovdan şikayət edib və onu cərimə kamerasına salıblar.

Ana bildirib ki, oğlunu uzun müddət cərimə kamerasında saxlayıblar. Şura İbrahimova müvafiq orqanların oğluna qarşı işgəncələrin dayandırlması üçün göstəriş verməsini istəyir. Ana eyni zamanda beynəlxalq təşkilatlardan oğlunun saxlanma durumu ilə maraqlanmalarını xahiş edir.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Turan-a bildirib ki, cəzaçəkmə müəssisəsində məhbuslar üçün vahid daxili intizam qaydaları var. Mehman Sadıqov Qiyas İbrahimovun cərimə kamerasına salınması və işgəncəyə məruz qalması barədə xəbərin düzgün olmadığını deyib.

O, rüşəvtlə bağlı deyilənləri isə ümumiyyətlə təkzib edib.

“Belə faktları varsa Penitensiar Xidmətə müraciət etsinlər, ciddi tədbirlər görülsün”, deyə Sadıqov qeyd edib.

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotik ittihamıyla 10 il həbsə məhkum edilib.

Amma məhkəmədə NİDA fəalları narkotik ittihamını rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək!” yazıldığına görə həbs edildiklərini bildiriblər. Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı hər iki fəalı “vicdan məhbusu” elan edib.

Daha çox göstər
Back to top button