İctimaiyyət

Sumqayıtda şəhid ailəsinin mənzilini Qubadlı qaçqınları işğal ediblər

90-cı illərdə qaçqınların vətəndaşların mənzillərini ələ keçirməsi adi hala çevrilmişdi. Amma haqqında danışacağımız hadisə özünün mənəvi yükünə görə daha faciəvidir. Bu haqda Turan İA yazır.

Hərbiçi İmanverdi Zabidov Füzuli rayonu uğrunda 1994-cü il döyüşlərində qəhrəmancasına həlak olub. Onun ölümü ərəfəsində, 14 sentyabr 1993-cü il tarixində Zabidovlar ailəsinə İmamverdinin işlədiyi 2 saylı Sumqayıt tikinti trestindən üç otaqlı mənzil ayrılmışdır. Mənzilin hələ qapı-pəncərəsi yox idi, yaşamaq üçün hazır deyildi, buna görə ailəyə order verilməmişdi.

Beş qaçqın şəhid ailəsinə ayrılmış mənzili işğal etdi və həmin vaxtdan orada yaşayır, mənzili qanuni sahibinə qaytarmaqdan imtina edir. Zabidovun həyat yoldaşı Nailə üç ailə üzvü ilə birlikdə, demək olar ki, heç bir vəsaiti olmadan, bu günə qədər kirayə mənzildə yaşamaq məcburiyyətindədir.

2008-ci ildə Zabidova mənzilin qaytarılması, vurulmuş mənəvi ziyan və məcburi aylıq kirayə pulu üçün pul təzminatı uğrunda ağır məhkəmə prosesi başladıb. Sumqayıt şəhər məhkəməsinə ərizə verməklə başlayıb. 24 il ərzində dövlət sadə hüquqi problemi həll etməyi – qaçqınları çıxarıb onlara başqa mənzil verərək, şəhid ailəsinə qanuni mənzilini qaytarmağı, bacarmamaq deyil, sadəcə olaraq istəməyib.

Daha çox göstər
Back to top button