Beynəlxalq

Svitalski: “ Aİ ER-da deyişiklikləri güclü irəliləyiş olaraq görür”

Ermənistanda AB nümayəndəliyinin rəhbəri, səfir Pyotr Svitalski Aİ-ER tərəfdaşlıq komitesinin ticarət məsələləri üzrə birinci iclas zamanı deyib ki, Ermənistanda baş vermiş deyişikliklər Avrasiya Birliyi tərəfindən gülcü irəliləyiş olaraq görünür.

“Xüsusilə, mən korrupsiyaya qarşı mübarizə barədə danışıram. Korrusiya investorlar üçün hər yerdə problemdir. Onun qarşısını alınması Ermənistana zəmanət verəcək ki, Aİ tərəfdaşları daha maraqlasın və biznes yaratsın”- deyə Svitalski deyib.

Onun sözlərincə, ikinci mühüm istiqamət mühakimənin müstəqilliyinin təmin edilməsidir. Bu güclü vasitədir və investorlara təhlükəsizlik hissi verir.

“Biz düşünürük ki, Ermənistanın yeni hökumətinin prioritetləri, indiki ticarət və investisiyalar sahəsinin maraqlarına uyğundur. İndiki hökumət nə edəcəyini çox yaxşı bilir, bu daha böyük potensiala malik olmağa imkan verəcək. Biz bu ölkədə daha çox Avropa investisiyaları görmək istəyəcəkdik”- deyə Aİ səfiri əlavə edib.

Svitalskiyə əsasən, Avropa İttifaqının bu iclasına böyük nümayəndəliklə gəlməsi sübut edir ki, Ermənistan ilə ticart əlaqələrinə çox böyak əhəmiyyət verilir. Onun sözlərincə, Avropa İttifaqı Ermənistan üçün ən böyük bazardır, ikinci ən böyük tərəfdaş, Ermənistanda ikinci iri investordur.

Daha çox göstər
Back to top button