İctimaiyyət
Ukraynada azərbaycanlılardan ibarət silahlı dəstə ələ keçdi

Ukraynanın Krivoy Roq bölgəsində polis əməkdaşları soyğunçuluqda şübhəli bilinən dörd Azərbaycan vətəndaşını saxlayıb.
Oxu.Az Ukrayna KİV-ə istinadla xəbər verir ki, həmin şəxslərin yaşadığı evdən və avtomobildən çox sayda silah-sursat aşkar edilib.
Polisdən verilən məlumata görə, şübhəlilərdən birinin avtomobilindən qan izi də tapılıb.
Aşkar edilən silahlar ekspertizaya göndərilib.