İctimaiyyət
Əfqan Muxtarlı ”Qafqazın qəhrəmanı” seçilə bilər

Rusiyada fəaliyyət göstərən “Qafqazski uzel” saytı ənənəvi olaraq “Qafqazın qəhrəmanı” seçiləcək şəxsin müəyyən edilməsi üçün onlayn səsvermə keçirir.
Bu il namizədliyi irəli sürülmüş yeddi nəfərin arasında, hazırda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı da var. Muxtarlı Azərbaycanda oğurlanmış jurnalistlərlə bağlı məqalə dərc etmişdi.
Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib.
Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.